“AzInTelecom” MMC-nin Müştəri Xidmətləri Mərkəzi 6 günlük iş rejiminə keçib
16 Noy, 2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin məhsul və xidmətləri ilə bağlı dəstək xidməti göstərən Müştəri Xidmətləri Mərkəzinin iş rejimi gücləndirilib.

Vətəndaş məmnunluğunun artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə davam etdirilən təkmilləşdirmə işləri çərçivəsində Müştəri Xidmətləri Mərkəzi 6 (altı) günlük iş rejiminə keçirilib.

Artıq “Şəbəkə” ofisində yerləşən Müştəri Xidmətləri həftənin şənbə günü də daxil olmaqla saat 09:00-dan 18:00-dək vətəndaşların qəbulunu həyata keçirir. Daha öncə Mərkəz bayram günləri də daxil olmaqla, həftə içi saat 09:00-18:00 arası fasiləsiz iş rejimində fəaliyyət göstərirdi.

Vətəndaşlar “AzInTelecom” MMC-nin təqdim etdiyi xidmət və məhsullarla bağlı dəstək xidmətinin göstərilməsi üçün Müştəri Xidmətləri Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Biznes həlləri, İnformasiya Təhlükəsizliyi Xidmətləri və Mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.

Bir müddət öncə “AzInTelecom” MMC-yə məxsus Müştəri Xidmətləri Mərkəzinin xidmət operatorlarının sayı artırılıb və texniki imkanlar gücləndirilib. Həmçinin “AzInTelecom” MMC-nin “157” Çağrı Mərkəzi 7 günlük iş rejiminə keçirilib.