Latest jobs
Departament: Kommersiya departamenti/ Müştərilərlə əlaqələr şöbəsi/ Zəng mərkəzi bölməsi
Vəzifə öhdəlikləri:
- Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
- Əlaqənin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
- Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
- Müştərilər üçün satış əməliyyatlarını tamamlamaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonuna malik olmalı;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Məsuliyyətli, səbrli, stressə davamlı olmalı;
- Microsoft Office proqramları üzrə biliklər;
- Qeyd olunan vəzifə üzrə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dili sərbəst; ingilis dili biliyi (üstünlükdür)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.