Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC “COVID-19” pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Heydər Əliyev Fondunun qan azlığı xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədilə başladığı qanvermə aksiyasında iştirak edib.

Qurum əməkdaşları Heydər Əliyev Fondunun yardıma və xüsusi qayğıya ehtiyacı olan insanlara, xüsusilə də uşaqlara diqqət ayırmağa çağıran aksiyasına qoşulmaqla qan tədarükünün artırılmasına öz dəstəklərini veriblər.


Könüllü olaraq qan vermək istəyən “AzInTelecom” heyəti ilk öncə həkim-hemotoloqların müayinəsindən keçib. Sağlamlığı müvafiq tibbi tələblərə uyğun əməkdaşların aksiyada iştirakına icazə verilib.

Qeyd edək ki, “AzInTelecom” mütəmadi olaraq xeyriyyə və ictimaiyyətə dəstək aksiyalarına qoşulur və gələcəkdə də bu kimi tədbirlərdə iştirakı planlaşdırır.