Dekabrın 3-də Bakıda 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi – “Bakutel-2019”  işə başlayacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hökumət buludu” layihəsini, yeni məhsullarını və layihələrini təqdim edəcək. 
“Hökumət buludu” layihəsi çərçivəsində görülmüş işlər barədə, layihənin Keçid Planı, arxitekturası və “Azcloud Hökumət həlləri” bulud xidmətlərinin artıq istifadəyə verilməsi və bir çox dövlət qurumlarının artıq bu xidmətlərdən istifadə etmələri haqqında ətraflı məlumat təqdim olunacaq.
AzInTelecom üçün 2019-cu ilin “SaaS ili” (proqram təminatı xidmətləri) elan olunması çərçivəsində təqdim etdiyi yeni məhsullarla və layihələrlə bağlı təqdimatlar planlaşdırıb. Əsasən aylıq ödəniş əsasında rezervlənmə xidməti, arxivləşdirmə xidməti, biznesin təşkili xidməti və təhlükəsizlik xidtmətlərindən məlumat veriləcək.
Bundan əlavə Yevlaxda ehtiyat data mərkəzi, Azcloud Hackathon yarışması, Azcloud Kinetic əməkdaşlıq proqramı haqqında gələcək planlarlar açıqlanacaq.
Sərgi çərçivəsində AzInTelecom stendində bulud texnologiyaları üzrə ən son xidmətlərin Azcloud MeetUp adlanan emalatxana planlaşdırılıb. İnteraktiv emalatxana çərçivəsində əsəsən məlumatların qorunması və təhlükəsizliyi mövzusunda 2 saat ərzində 5 təqdimat, 3 demo nümayişi və sual-cavab sessiyaları nəzərdə tutulub.