FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
BULUD XİDMƏTLƏRİ
Beynəlxalq səs TRAFİKİ
SERTİFİKATLAŞDIRMA
"AZCLOUD" Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000, ISO 22301 və ISO 27001 sertifikatlarına malik ilk data mərkəzi, 2016-cı ilin dekabr ayında “AzInTelecom” MMC tərəfindən istismara verilib. “AzInTelecom” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) nəzdində fəaliyyət göstərir. Data mərkəzimiz Almaniyanın beynəlxalq səviyyəli şirkəti tərəfindən inşa edilmiş və “Uptime Institute”unun test sınaqlarından uğurla keçərək TIER III beynəlxalq sertifikatına, həmçinin ISO 20000 - İT xidmətlərinin idarəetməsi, ISO 22301 - Biznes Davamlılığının İdarəetməsi və ISO 27001 - informasiya təhlükəsizliyi standartlarına layiq görülüb. TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. 99,982% etibarlılıq səviyyəsi təmin olunan data mərkəzi il ərzində cəmi yolverilən boşdayanma 1,6 saat təşkil edir. Sahəsi 700 m2 –dən çox olan və tələblərinizə tam cavab verəcək sayda server dayaqlarına malik data mərkəzində verilənlərin yüksək sürətlə ötürülməsini həyata keçiririk.
Tel.: +994 50 366 8182
Veb: http://www.azcloud.az
E-poçt: sales@azcloud.az
Texniki dəstək: SOC24@azintelecom.az
Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq telekommunikasiya xidmətlərinin alternativlik və yüksək keyfiyyətlə təmin edilməsi, həcminin artırılması və müasir xidmətlərin tətbiq edilməsi.
Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq səs trafikinin keyfiyyət göstəricilərinin yüksəldilməsi və rabitənin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə hazırda 30-dan çox Avropa, Asiya, Amerika və Afrika qitələrində fəaliyyət göstərən beynəlxalq səs operatorları ilə ən son texnologiyalar və siqnallaşma sistemləri üzərindən 12,337 ədəd birbaşa texniki arabağlantı kanalları təşkil edilmişdir.
Beynəlxalq telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən beynəlxalq operatorlarla yeni birbaşa arabağlantıların təşkili və əməliyyat xərclərin optimallaşdırılması.
Xidmətdən elektron istifadə üçün aşağıdakı linkdən istifadə edin:
https://www.e-gov.az/az/services/read/2888/0
Əlavə məlumat üçün 012 200 0170 və ya 012 498 1866 nömrələrinə zəng edin