Doğum tarixi: 6 iyul, 1984. 

City University London-da Beynəlxalq Biznes İqtisadiyyatı sahəsi üzrə magistr (MSc) dərəcəsinə malikdir. Həmçinin, "Microsoft Certified Solutions Assosiate" (MCSA) və "AWS Cloud Practitioner" sertifikatlarını əldə edib.

Ruslan Əliyevin telekommunikasiya sahəsində 10 ildən artıq təcrübəsi vardır. “AzInTelecom” MMC-dən əvvəl “Azərkosmos”da Satış və Marketinq şöbəsinə rəhbərlik edib. O, 2001-2008-ci illərdə İT həllər və mobil xidmətlər sahəsində çalışıb.

Ruslan Əliyev 2016-cı ilin iyun ayından “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru vəzifəsində çalışır.