Doğum tarixi: 08.09.1986
Emin Novruzov Mingəçevir Dövlət İnstitutunun "İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılması sistemləri" İnformatika və hesablama texnikası ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya sistemləri ixtisası üzrə magistr təhsili alıb.
E.Novruzov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzində proqramçı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdirinin müavini vəzifələrində çalışıb. Hazırda “AzInTelecom” MMC-nin Rəqəmsal Həllər departamentinin direktorudur.