Doğum tarixi: 21.09.1979

2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını Qaz-neft mədən fakültəsinin bakalavr, 2003-cü ildə isə magistratura pilləsini başa vurub. 2004-cü ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda aspirantura dərəcəsini bitirərək fəlsəfə doktoru adını alıb. 2000-ci ildən "Azercell Telekom" MMC-də çalışıb.

Əmir Vəlibəyov 22 iyun 2018-ci il tarixindən etibarən “AzInTelecom” MMC-nin İnformasiya Texnologiyalar departamentinin direktoru vəzifəsində çalışır.