Son vakansiyalar
Vəzifə öhdəlikləri:
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
- Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
- Hesabatların hazırlanması və analiz olunması.
Tələb olunun biliklər:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- İT avadanlıqlar və xidmətlər haqqında məlumatlı olmaq
- Dövlət satınalması üzrə təcrübəyə üstünlük verilir
- CİPS beynəlxalq sertifikatın olması üstünlükdür
- SAP ilə işləmə bacarığı üstünlükdür
- Microsoft Office (Word, Excell, Outlook) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Azərbaycan; ingilis və ya rus dillərini yaxşı səviyyədə bilmək
- Analiz etmə bacarığına sahib olmaq
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.