Vakansiya: Satış üzrə mühəndis

Departament: Kommersiya/Satış şöbəsi

Vəzifə öhdəlikləri:     

  • Korporativ müştərilər üçün bulud xidmətləri biznesinin inkişafında, satışdan əvvəl və sonra xidmətlərin göstərilməsində Kommersiya Departamentinin heyətinə  yardım etmək;
  • Satış öncəsi xidmətlərdən konsaltinq/icraya uğurlu keçidin həyata keçirilməsi üçün satış mütəxəssisləri ilə sıx işləmək;
  • Bulud həllərinə başlamaq və genişləndirməkdə satış mütəxəssisləri ilə sıx işləmək;
  • Təkliflər və Məlumat Sorğularına cavab vermək;
  • Planlaşdırılan həllər barədə baxış və mövqeləri izah etmək;
  • Satışdan öncə və satışdan sonra dəstək göstərilməsi tələb olunduğu zaman, Texniki dəstək heyəti ilə işləmək;
  • Tələb olunduğu təqdirdə, problemləri rəhbərliyin nəzərinə çatdırmaq;
  • Tələb olunduğu təqdirdə, müştərilərin iş yerlərinə səfər etmək, konfranslarda iştirak etmək və s;
  • Texniki məhsula dair prezentasiya və təqdimatlar hazırlamaq;
  • Müştərinin Cloud idarəetməsinə aid kommersiya sorğuların (kvota, qeydiyyat, hesabat) həll olunması;
  • Xidmətlərə aid mütəmadi olaraq hesabatların hazırlanması

Tələb olunan bilik və bacarıqlar:

  • İnformatika, Kompüter mühəndisliyi  və ya müvafiq sahə üzrə bakalavr təhsili 
  • Ümumi təyinatlı bulud platformalarının ən azından birində arxitektur həllərin işlənib hazırlanması üzrə 1-3 il təcrübə
  • İnfrastruktur arxitekturası, veb-həllər arxitekturası, data arxitekturası, inteqrasiya arxitekturası, VMware, Open Stack sahələrindən ən azı biri üzrə təcrübə
  • Microsoft Office proqramları üzrə biliklər
  • Microsoft Project kimi proqramlarda biliyi olanlara üstünlük verilir
  • Azərbaycan; rus və ya ingilis dilləri (sərbəst)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

CV göndər