Departament: Təchizat zəncirinin idarə olunması/ Satınalma şöbəsi

  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Hesabatların hazırlanması və analiz olunması.

Tələb olunun biliklər:

  • Ali təhsil
  • IT avadanlıqlar və xidmətlər haqqında məlumatlı olmaq
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
  • Dövlət satınalmaları üzrə təcrübəyə üstünlük verilir
  • Tikinti üzrə satınalmalarda təcrübəyə üstünlük verilir
  • SAP ilə işləmə bacarığı üstünlükdür
  • Microsoft Office (Word, Excell, Outlook) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • CİPS beynəlxalq sertifikatın olması üstünlükdür
  • Azərbaycan dili – sərbəst; rus  və ya ingilis dilləri sərbəst 
  • Analitik düşünmə və qərarvermə qabiliyyəti 
  • Ünsiyyətcil və kollektivdə işləmə bacarığı 

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

CV göndər