Departament: Maliyyə departamenti/ Mühasibatlıq şöbəsi

Vəzifə öhdəlikləri:

  • Avans balanslarına nəzarət etmək;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
  • Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
  • Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması və prosedura uyğun ödənilən borclarının ERP NAV sistemində bağlanılması;
  • Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Digər gündəlik (invoys, qaimələrin yazılması, departamentlərə gündəlik məlumatların göndərilməsi) və aylıq debitor (müvafiq şöbələrlə hesablar üzrə əməliyyatların yerinə yetirilməsi
  • Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Müvafiq sahə üzrə ali təhsil
  • 2-3 il iş təcrübəsi
  • ACCA sertifikatlar üstünlükdür
  • Analitik düşüncəyə malik olmalı
  • Verilmiş tapşırıqları vaxtında icra etmək
  • Detallara qarşı diqqətlilik, intizamlı və məsuliyyətli olmaq;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Komandada işləmək, stressə davamlı olmaq və yüksək səviyyədə ünsiyyət bacarıqları;
  • Microsoft Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək
  • Dil bilikləri: Azərbaycan, rus və ya ingilis dilləri (sərbəst)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

CV göndər