Vakansiya: Mühəndis-mexanik

Departament: Data Mərkəzin İnfrastrukturu şöbəsi

Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

  • İstifadə olunan avadanlıqların normal və təhlükəsiz  işləməsinin təmin  edilməsi;
  • Periodik plan əsasında texniki baxışların aparılması;
  • Servis şirkətlərinin işinə nəzarət və aktların qəbulu;
  • Soyutma və havalandırma sistemlərinin dayanıqlı və qəzasız istismarının təşkili;
  • Yanğın söndürmə sistemlərinə nəzarət və ilkin müdaxilə;
  • Konsepsiyaları effektiv şəkildə göstərmək və texniki sənədləri yazmaq bacarığı;
  • Verilən layihənin tələbata uyğunluğunu yoxlamaq;
  • Mövcud infrastrukturun yaxşılaşdırılması ilə bağlı təkliflərin verilməsi;
  • Soyutma hesabatının aparılması və yoxlanılması;
  • Havalandırma və kondisioner sistemlərinin avadanlıqlarına texniki qulluqların olunması;
  • Avadanlıqlarda texniki xidmət risklərinin müəyyən edilməsi;
  • Qəza təmir işlərini operativ və səmərəli şəkildə yerinə yetirmək;
  • Görülən işlərin standartlara və iş təlimatlarına uyğun aparılması.

Tələb olunun biliklər:

  • Ali təhsil (Mexanika mühəndisliyi üzrə)
  • Mexanika mühəndisliyi konsept, nəzəriyyə və prinsiplərini bilməli;
  • Havalandırma, soyutma və isitmə qurğuları haqqında dərin biliklər;
  • SolidWorks və ya Cad il praktiki işləmə bacarığı;
  • 4+ il mexanika sahəsində iş təcrübəsi;
  • 3 il soyutma sisteminin mexaniki layihəsinin hazırlanması sahəsində təcrübə;
  • Analitik düşünmək və problem həll etmək bacarığı;
  • Məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq;
  • Komanda ilə işləmə bacarığı.
  • Ehtiyac olduğu təqdirdə növbəli iş rejimində işləmək;
  • Lazım olduğu halda ezam gedə bilmək.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

CV göndər