Departament: İnformasiya təhlükəsizliyi/Kibertəhlükəsizlik şöbəsi

Vəzifə öhdəlikləri:
• Mobil tətbiqlərdə (Android/IOS) təhlükəsizlik testlərinin aparılması;
• Veb tətbiqlərdə təhlükəsizlik testlərinin aparılması;
• Aşkarlanan boşluqların aradan qaldırılması üçün praktiki və metodik tövsiyələrin hazırlanması;
• Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək;
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.

Tələb olunan bilik və bacarıqlar:
• Ali təhsil (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
• Pentest bacarıqları
• OWASP TOP 10 boşluqları ilə işləmə bacarıqları
• Proqramlaşdırma dil bilikləri
• eCCPT, OSCP, eWPT, eWPTx, eMAPT, CEH+Practical sertifikatlarının olması arzuolunandır
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
• Azərbaycan dili, rus və ya ingilis dilləri (sərbəst)
• Komanda ilə işləmə bacarığı
• Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək
• Daima öyrənmə bacarığı

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

CV göndər