Son vakansiyalar
Departament: İnformasiya təhlükəsizliyi/Kibertəhlükəsizlik şöbəsi
Vəzifə öhdəlikləri:
- Mobil tətbiqlərdə (Android/IOS) təhlükəsizlik testlərinin aparılması;
- Veb tətbiqlərdə təhlükəsizlik testlərinin aparılması;
- Təhlükəsiz kod analizi;
- Aşkarlanan boşluqların aradan qaldırılması üçün praktiki və metodik tövsiyələrin hazırlanması;
- Kiber risklərin dəyərləndirilməsi;
- Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək;
- Komandanın digər üzvlərinin lazımi bilik və bacarıqlarının inkişaf etməsi üçün töhfə vermək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
- Proqram təminatının əks kəşfiyyatı (Reverse engineering) bacarıqları
- Frida və JS ilə işləmə bacarıqları
- Android/IOS pentest bacarıqları
- OWASP TOP 10 boşluqları ilə işləmə bacarıqları
- C# proqramlaşdırma dili bilikləri
- Java/Swift proqramlaşdırma dili bilikləri
- Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi
- OSWE, eWPTX, eCRE, eMAPT, eCXD sertifikatlarının olması arzuolunandır
- Azərbaycan dili, rus və ya ingilis dilləri (sərbəst)
- Komanda ilə işləmə və idarəetmə bacarığı
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək
- Daima öyrənmə bacarığı
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.