Departament: Marketinq şöbəsi/Rəqəmsal marketinq bölməsi

Vəzifə öhdəlikləri:

  • Hədəflənmiş auditoriyaya və marketinq məqsədlərinə təsirli şəkildə çatmaq üçün kontent strategiyalarının hazırlanması və tətbiq edilməsi;
  • Məzmunun uyğun və cəlbedici olmasını təmin etmək üçün məzmunu və istehlakçı tələblərinin araşdırılması;
  • Bloglar, veb saytlar, video və sosial media da daxil olmaqla müxtəlif platformalar üçün məzmun yaradılması;
  • Nəşr etməzdən əvvəl kontentin düzəldilməsi və redaktə edilməsi;
  • Kontent daxilində SEO və SMO üzrə tələblərin yer alındığından əmin olunması;
  • Kontent kalendarların mütəmadi olaraq idarə edilməsi və kontentin aidiyyatı rəqəmsal platformalarda yer aldığından əmin olunması;
  • Məzmun məqsədlərini düşünmək və müəyyənləşdirmək üçün marketinq və dizayn qrupları ilə görüşülməsi;
  • İstehlakçı və kontent analitikasını izləmək və hesabat və təqdimatlar yaratmaq;
  • Kontent trendlərini, müştəri tələblərini və kontent üzrə yeni texnologiyaların gündəlik olaraq izlənilməsi və tətbiq edilməsi;
  • Kontentin doğru və zamanında çatdırılması üçün aidiyyatı üzrə Marketinq, Satış, Xidmət və Məhsul komandalarla mütəmadi olaraq işləmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Jurnalistika, marketinq üzrə və ya müvafiq sahədə bakalavr dərəcəsinə üstünlük verilir);
  • Content, PR və Kommunikasiyalar üzrə minimum 2 il iş təcrübəsi;
  • Məzmunun idarəetmə sistemləri (CMS) ilə təcrübə;
  • SEO və SEM bilikləri əlavə üstünlükdür;
  • Texnoloji yenilikləri və sosial media trendlərini izləmək;
  • IT sahəsində və ya rəqəmsal məhsullar ilə iş təcrübəsi əlavə üstünlükdür;
  • Microsoft Office proqramlarında işləmə bacarığı;
  • Yaradıcı, kreativ düşüncə qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı;
  • Məsuliyyətli, səbrli, stressə davamlı olmalı;
  • Azərbaycan, ingilis və rus dillərində orfoqrafiya qaydalarına riayət etməklə, yüksək səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

CV göndər