Son vakansiyalar
Vakansiya: Məhsul sahibi (Product owner)
Departament: Kommersiya/Məhsul və xidmətlər şöbəsi
Vəzifə öhdəlikləri:
• Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək, potensial rəqiblərin analizi;
• Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər listi formalaşdırmaq, backlogun formalaşdırılması və müntəzəm olaraq yenilənməsi;
• Bazar tələbatı üzrə prioritetlərin müəyyən edilməsi;
• Biznes üzrə müştərilərin biznes proseslərinin təhlili və məhsulun müştərilərin məhsul və xidmətlərində tətbiq edilmə üsullarının hazırlanması;
• Biznes proseslərin təhlil edilməsi və figma, draw.io kimi tool-lardan istifadə edərək təsvir edilməsi;
• Backlogda toplanmış tapşırıqların komanda üzvlərinə, proqramçılara (developerlərə) ətraflı şəkildə izah edilməsi;
• Məhsulun dəyər gətirməsindən məsul şəxs olmaq;
• Scrum metodologiyasının tətbiq edilməsi
• Bazarda baş verən dəyişikliklərə sürətli reaksiya verilməsi;
• Məhsulun roadmap-in hazırlanması;
• Məhsul üzrə uzunmüddətli vizyonun formalaşdırılması;
• Release və sprint planlamasının edilməsi;
• Deadline-ların müəyyən edilməsi və release-lərin vaxtında həyata keçirilməsi;
• Qiymət strategiyasının müəyyən edilməsi;
• Müştəri məmnuniyyət səviyyəsinin artırılması üçün lazımi tədbirlərin görülməsi;
• Stakeholder-lar arasında görüşlərin təşkil edilməsi;
• Vendorlarla işləmək;
• Böhran vəziyyətində (məhsulun dayanması, işləməməsi və sair) proseslərin idarə edilməsi;
• Məhsul üzərində müntəzəm olaraq testlərin aparılması, seçilmiş hədəf auditoriyalar üzərində testlərin aparılması və test nəticələrinin dəyərləndirilməsi;
• Tərəfdaşlıq və digər müqavilələrin hazırlanmasında inputların təqdim edilməsi;
• Marketinq şöbəsi tərəfindən hazırlanmış SMM post, press release, video çarx məzmunu və digər materiallar üzrə inputların təqdim edilməsi;
• Məhsulun hazırlanmasında iştirak edən bütün komanda üzvləri arasında şəffaf, düzgün kommunikasiyanın təmin edilməsi.
Tələb olunun biliklər:
• Ali təhsil (Biznesin idarə edilməsi, marketinq, kompüter elmləri, kompüter mühəndisliyi, IT və ya əlaqəli sahə üzrə);
• Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili - səlis, ingilis dili – sərbəst, rus dili - arzu olunan;
• Komputer bilikləri: MS Office, Figma, Draw.io;
• Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı ilə liderlik bacarıqları;
• Analitika bacarığı;
• Q&A bacarığı;
• Texniki bacarıqlar;
• Kommunikasiya bacarığı;
• Effektiv vaxt idarə etmə bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.