Vakansiya: Komplayns (Uyğunluq) üzrə kiçik mütəxəssis

Departament: Keyfiyyətə nəzarət/ Biznes proseslərin və standartların tənzimlənməsi şöbəsi

zifə öhdəlikləri:

  • Metodoloji sənədlərin hazırlanması və təkmilləşdirilməsini həyata keçirmək;
  • Cəmiyyət üzrə aparılan fəaliyyətin təsdiqlənmiş proses sənədlərinə uyğun şəkildə aparılmasını yoxlamaq və monitorinq hesabatlarını hazırlamaq;
  • Müvafiq beynəlxalq standartların tələblərinə uyğunluğun təmin olunmasını və auditinin aparılmasını təşkil etmək və dəstəkləmək;
  • İnsidentlərinin idarə edilməsi mexanizminin tətbiqini təşkil etmək və metodoloji dəstək göstərmək;
  • Müştəri məmnuniyyətini ölçmək və müştəri şikayətlərinin səbəbini araşdırmaq və monitorinq hesabatlarını hazırlamaq;
  • ISO/IEC 27001:2013, ISO/IEC 20000-1:2018, ISO:22301:2019 standartlarının tətbiqi və auditi üzrə müvafiq fəaliyyətlərin icrası proseslərinin dəstəklənməsi.

Tələb olunun biliklər:

  • Ali təhsil (İnformasiya texnologiyaları, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya digər müvafiq ixtisaslar üzrə ali təhsil)
  • Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.)
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları
  • İT sahəsi üzrə standart baza biliklər
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Microsoft Office proqramları( əsasən Word və Excel olmaqla Visio və digərləri) ilə işləmə bacarığı
  • Azərbaycan dili sərbəst; ingilis dili pre-intermediate və daha yuxarı; rus dili (arzuolunan)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

CV göndər