Son vakansiyalar
Vakansiya: Komplayens şöbəsinin müdiri
Departament: Keyfiyyətə nəzarət departamenti
Vəzifə öhdəlikləri:
- Komplayens (Uyğunluq) siyasətinin hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi;
- Komplayens (Uyğunluq) metodologiyasının hazırlanması və tətbiqi;
- Qanunvericiliyin və digər tənzimləyici sənədlərin tələblərinə uyğunluq üzrə həyata keçirilən nəzarət fəaliyyəti çərçivəsində hesabatlar hazırlayaraq rəhbərliyin məlumatlandırılması və müvafiq təkliflərin verilməsi;
- Komplayens (Uyğunluq) tələblərinin pozulması halları üzrə effektiv tədbirlər planının hazırlanması;
- Təşkilatda həyata keçirilən hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi;
- Mövcud boşluqların və təkmilləşdirilmə ehtiyacı olan məqamların aşkar edilməsi üçün təşkilatın prosedur və digər müvafiq sənədlərinin davamlı olaraq monitorinqinin aparılması;
- Komplayens (Uyğunluq) risklərinin müəyyənləşdirilməsi məqsədilə təşkilatın əməliyyatlarının təhlili;
- Təşkilatın aktivlərinin qorunması və cari əməliyyatların səmərəli idarə edilməsinə yönələn nəzarət fəaliyyətinin həyata keçirilməsi;
- Tənzimləyici sənədlər və prosedurlar üzrə əməkdaşların məlumatlılığı üzrə əminliyin təmin olunması;
- Əməkdaşların komplayens (uyğunluq) üzrə suallarının cavablandırılması və əlaqəli problemlərin həll oluması.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (İnformasiya texnologiyaları, iqtisadiyyat və ya biznes idarə edilməsi sahəsi üzrə)
- Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
- Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları;
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
- Strateji baxış formalaşdırma bacarıqları.
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.
- ISO 9001, ISO 27001, ISO 22301, ISO 20000-1 (üstünlükdür)
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
- Dil bilikləri: Azərbaycan dili; ingilis dili (üstünlükdür)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.