Departament: Keyfiyyət Təminatı/ Komplayns və risklərin idarə olunması şöbəsi

Vəzifə öhdəlikləri:

  • Qanunvericilik və standartlara uyğunluğun təmin edilməsi üçün siyasətlərin və prosedurların hazırlanması, tətbiqi, saxlanması və yenilənməsi;
  • İdarəetmə komitələrinin və iclaslarının təşkili, gündəliklərin, protokolların və hesabatların hazırlanması;
  • İdarəetmə siyasətlərinin və prosedurlarının işçilərə və maraqlı tərəflərə çatdırılması;
  • Təşkilata potensial təhlükələri və zəiflikləri müəyyən etmək üçün risk qiymətləndirmələrinin aparılması;
  • Müəyyən edilmiş riskləri azaltmaq üçün strategiyalar inkişaf etdirmək və tətbiq etmək, o cümlədən nəzarət tədbirləri və fəaliyyət planlarının hazırlanmasında iştirak;
  • Risklərin azaldılması tədbirlərinin effektivliyini izləmək və nəzərdən keçirmək.

Tələb olunun biliklər:

  • Ali təhsil (İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi ya digər əlaqəli sahə üzrə təhsilin olması arzu olunandır)
  • İTİL və İSO 20000/27001 üzrə biliklərin olması üstünlükdür
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dili; rus və ya ingilis dili biliyi arzuolunandır
  • Analitik düşünmək və problem həll etmək bacarığı
  • Komanda ilə işləmə bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

CV göndər