Departament: İnformasiya Texnologiyaları/ Data Mərkəzin İnfrastrukturu şöbəsi

Vəzifə öhdəlikləri:

  • Periodik plan əsasında texniki baxışların aparılması;
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər;
  • Elektrik avadanlıqlarının montaj olunması və elektrik sxemləri ilə işləməyi bacarmalı;
  • Elektrik sahəsinə aid olan təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu, elektrik materiallarının xüsusiyyətlərini bilmək və onlardan istifadə qaydalarını bacarmaq;
  • Texnikanın istismarı qaydalarını bilmək;
  • Avadanlıqları texniki təmir etmək bacarığı;
  • Elektrik, Ethernet kabellərin çəkilməsi;
  • Ofis daxili elektrik problemlərinin həll olunması;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirmək;
  • Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının aparılması;
  • Aşkar olunmuş nasazlıqların aradan qaldırılması;

Tələb olunan bilik və bacarıqlar:

  • Orta və ya ali (elektrik,elektronik,avtomatika üzrə) texniki təhsil;
  • HVAC (çiller, kondisioner, fancoil) sistemləri haqqında ümumi məlumat;
  • BMS, PMS, DMS, PLC sistemləri haqqında təməl bilgilər;
  • Access control, video müşahidə sistemlərinin planını oxuya bilmə və işləmə qaydaları;
  • Müxtəlif növ elektrik, siqnal və xəbərləşmə kabellərin istismar qaydaları;
  • Müvafiq sahədə minimum 0-1 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Azərbaycan dili; ingilis və ya rus dili arzuolunandır;
  • Növbəli iş rejimində işləməyə uyğunlaşmaq
  • Komanda ilə işləmə bacarığı;
  • Məsuliyyətli, səbrli, stressə davamlı olmalı.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

CV göndər