Son vakansiyalar
Departament: Maliyyə/ Büdcə və hesabatlılıq şöbəsi
Vəzifə öhdəlikləri:
- Aylıq, rüblük, illik maliyyə hesabatlarının (Maliyyə Vəziyyəti Haqqında Hesabat, Mənfəət/Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat) hazırlanması;
- Şirkət rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə hazırlanması;
- Rəhbərlik və digər strukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
- Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsində iştirak;
- Maliyyə hesabatlılığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərini aparılmasında iştirak;
- Likvidlik, investisiya portfeli, gəlirlilik, üçüncü tərəflər və yeni investisiyalar üzrə təhlili vasitəsilə investisiya qərarlarına dəstək;
- Büdcələmə və planlama prosesində iştirak və büdcənin icrasına aylıq nəzarət;
- Xərcləri nəzarətdə saxlamaq məqsədilə müxtəlif alətlər və yoxlama vasitələrinin tətbiq edilməsi və vaxtaşırı nəzarətin həyata keçirilməsi;
- Kənar audit yoxlama prosesində iştirak və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
- Görülmüş işlər haqqında müvafiq hesabatların hazırlanması.
Tələb olunun biliklər:
- İqtisadiyyat, maliyyə istiqamətləri üzrə ali təhsil;
- Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcələmə/planlama üzrə 3-5 il iş təcrübəsi;
- MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Yaxşı səviyyədə ingilis dili biliyi;
- CPA, CIMA, ACCA, CFA sertifikatları (və yaxud təhsili) üstünlükdür;
- Təqdimetmə bacarığı, analitik məntiqi düşünmə tərzi, komandada işləmək qabiliyyəti.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.