Son vakansiyalar
Departament: Büdcə və hesabatlılıq
Vəzifə öhdəlikləri:
- Aylıq, rüblük, illik maliyyə hesabatlarının (Maliyyə Vəziyyəti Haqqında Hesabat, Mənfəət/Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat) hazırlanması və təqdim olunması;
- Şirkət rəhbərliyinə, habelə digər departamentlərə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
- Rəhbərlik və digər departamentlər tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
- Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
- Maliyyə hesabatlığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərini aparılması;
- Likvidlik, investisiya portfeli, gəlirlilik, üçüncü tərəflər və yeni investisiyalar üzrə təhlili vasitəsilə investisiya qərarlarına dəstək;
- Büdcələmə və planlama prosesinin koordinasiyası və büdcənin icrasına aylıq nəzarət;
- Xərcləri nəzarətdə saxlamaq məqsədilə müxtəlif alətlər və yoxlama vasitələrinin tətbiq edilməsi və vaxtaşırı nəzarətin həyata keçirilməsi;
- Kənar audit yoxlama prosesinin koordinasiyası;
- Maliyyə və digər əməkdaşların maliyyə menecmenti üzrə biliklərinin artırılması məqsədilə tədbirlər keçirilməsi;
- Görülmüş işlər haqqında müvafiq hesabatların hazırlanması;
- Şöbənin strukturunu, funksiyalarını, öhdəliklərini təklif etmək
- Tabeçilikdə olan işçilərin daxili nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etmək
- Tabeçilikdə olan işçilərin prosedurlara riayət edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək
- Şöbə əməkdaşlarının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsini aparmaq
- Şöbənin fəaliyyətinin təşkil edilməsi və ümumi rəhbərlik edilməsi.
Tələb olunun biliklər:
- İqtisadiyyat, maliyyə istiqamətləri üzrə ali təhsil;
- Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcələmə/planlama üzrə 7+ il iş təcrübəsi;
- MS office proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Yaxşı səviyyədə ingilis və rus dilləri biliyi;
- CPA, CIMA, ACCA, CFA sertifikatları (və yaxud təhsili) üstünlükdür;
- Təqdimetmə bacarığı, analitik məntiqi düşünmə tərzi, komandada işləmək və idarəetmək, təşkilatı bacarıqlar və layihələri idarəetmə qabiliyyəti.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.