Son vakansiyalar
Departament: Təchizat zəncirinin idarəolunması/Anbar bölməsi
Vəzifə öhdəlikləri:
- Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin etmək və müvafiq proqramlara daxil etmək;
- Sifariş tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
- İnvertarizasiyanı həyata keçirmək;
- Mal materialın və əsas vəsaitlərin hərəkətinə nəzarət;
- Anbardan tələb olunan malların vaxtında və düzgün təyinatı üzrə çatdırılmasını təmin etmək;
- Anbarda olan mal-materialın və əsas vəsaitlərin fiziki vəziyyətinə nəzarət etmək;
- Anbarda olan mal-materialın və əsas vəsaitlərin sayının düzgünlüyünə nəzarət;
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
- Anbarda olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
- Anbar qalıqlarının gündəlik qeydiyyatının aparılması;
- Çox istifadə olunan və tez-tez tələb olunan mal-materialların stok minimununa nəzarət, az qalan və ya bitən mal-materiallar barədə aiddiyatı struktur bölməni yazılı şəkildə məlumatlandırmaq;
- Anbar ilə əlaqəli bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təşkil etmək;
- Anbarın hesabatının aparılması;
- Anbardakı malların dövriyyəsinin analizi;
- Anbar daxilində səliqə-səhmana və təmizliyə nəzarət etmək.
Tələb olunun biliklər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dili - səlis, rus və ya ingilis dilləri - arzu olunan;
- MS Office proqramlarından yaxşı istifadə etmə bacarığı.
- Məsuliyyət, dürüstlük və dəqiqlik;
- Komandada işləmək bacarığı
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.