Sertifikatlaşdırma üzrə xidmətlər-telekommunikasiya vasitələri və qurğularına (TVQ) uyğunluq sertifikatı verilməsi üçün müraciətlərə baxılması, tələb olunan sənədlərin qəbul edilməsi, TVQ-lərin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinə (QTŞ) uyğunluğuna dair sınaq laboratoriya testlərinin aparılmasından və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanununa əsasən “uyğunluq” sertifikatlarının verilməsindən ibarətdir.

“AzInTelecom” MMC 01.12.2017-ci il tarixindən etibarən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS İSO/İEC 17065:2014 və AZS İSO/İEC 17025-2009 standartlarına uyğun akkreditasiyadan keçmiş və TVQ-lərə sertifikat verilməsinə hüquq verən akkreditasiya attestatlarına sahib olmuşdur.

Xidmət fiziki və elektron qaydada həyata keçirilir. Xidmətin istifadəçiləri fərdi sahibkarlar, hüquqi şəxslər və dövlət orqanlarıdır. Xidmət ödənişlidir və sertifikatlaşdırma orqanı ilə sifarişçi arasında bağlanmış müqavilə şərtlərinə əsasən sifarişçi tərəfindən həyata keçirilir. Xidmətin göstərilməsi nəticəsində“AzInTelecom” MMC tərəfindən sifarişçinin istehsal, idxal, ixrac və ya realizə etdiyi TVQ-lərə QTŞ-yə uyğunluq sertifikatı verilir. Sertifikatın verilməsi üçün tələb olunan sənədlər:

1. Xidmətin göstərilməsi üçün sifarişçinin təqdim edəcəyi müraciət ərizəsi;
2. İcraçı tərəfindən tərtib olunan tərəflər arasında müqavilə (2 nüsxə);
3. Sifarişçinin vergi uçotunun alınması haqqında müvafiq sənədin surəti (VÖEN);
4. Rabitə avadanlığının Mənşə sertifikatı;
5. Rabitə avadanlığına istehsalçı tərəfindən verilmiş uyğunluq bəyannaməsi (sertifikatı)
6. İstehsalçının test-sınaq nəticələrinin surəti;
7. Rabitə avadanlığının Texniki pasportu.

Xidmətdən elektron istifadə üçün aşağıdakı linkdən istifadə edin: https://www.e-gov.az/az/services/read/2888/0

Akkreditasiya attestatları

Bəyannamələr

Əlavə məlumat üçün 012 200 0170 və ya 012 498 1866  nömrələrinə zəng edin