SİMA yeni nəsil rəqəmsal imzadır. Mobil tətbiq vasitəsilə işləyən imza platformasının QR kodla çalışan veb versiyası da mövcuddur. Rəqəmsal transformasiya fonunda yaradılan yeni imza vasitəsilə bank, BOKT, sığorta, mobil operatorlar, dövlət elektron xidmətləri, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkündür.

Üztanıma, “açıq açar” və bulud texnologiyalarını özündə birləşdirən SİMA istifadəçinin üz cizgilərinə əsasən onun kimliyinin təsdiq edilməsi funskiyası əsasında işləyir. Bulud texnologiyası imzanın kiberhücumlara qarşı davamlılığını artırır. İmzanın şəxsiləşdirilməyən açarı heç bir məlumatı özündə saxlamadığı üçün kiberhücumlar zamanı fərdi məlumatların ələ keçirilməsi mümkün deyil.

Daha ətraflı: sima.az

sima.token.az