Açıq Məlumatlar Portalında istifadəçilərə kompüter proqramı tərəfindən oxunan, hamı tərəfindən azad şəkildə istifadə olunan və paylaşılan məlumatlar təqdim edilir. Portalın yaradılmasında məqsəd dövlət qurumlarının səlahiyyətləri çərçivəsində formalaşdırılan, fərdi olmayan, ictimai əhəmiyyətli məlumatları Açıq Məlumatlar Portalına yerləşdirib vətəndaşların ixtiyarına verməkdir.

Açıq Məlumatlar Portalının üstünlükləri:

  • Vətəndaş məmnunluğu;
  • Xərclərə qənaət olunması;
  • Təkmilləşdirilmiş əməliyyatlar;
  • Operativliyin artırılması;
  • Yeni peşələrin yaranması;
  • Yeni məhsul və xidmətlərin yaranması;
  • Ölkə iqtisadiyyatına gətiriləcək gəlir;
  • Dövlət qərarlarının qəbul edilməsi prosesində vətəndaşların fəal istirakını təmin etmək.