Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti şirkət “MyGroup Holdinq” MMC olub.
“SİMA İmza” holdinqə daxil olan və istəyə uyğun mobil nömrələrin satışını həyata keçirən “MyNumber” şirkətinin rəsmi saytına (mynumber.az) inteqrasiya edilib. İnteqrasiya sayəsində “mynumber.az” saytından mobil nömrə sifariş edən vətəndaşların şəxsi məlumatlarını doldurmasına ehtiyac yoxdur. Belə ki, “SİMA İmza” sahibi olan hər kəs “mynumber.az” saytında (yuxarı sağ küncdə) yerləşdirilən SİMA bölməsinə klikləyib, QR kodu skan etməklə məlumat bölməsini avtomatik doldurmuş olur. Bundan sonra isə nömrə sifarişini bir toxunuşla reallaşdırmaq və adına rəsmiləşdirmək mümkündür.
Qeyd edək ki, “SİMA İmza”nı əldə etmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Sadəcə mobil telefona “SİMA İmza” tətbiqini yükləmək kifayətdir. Tətbiqdən istifadə vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.