“AzInTelecom” MMC beynəlxalq “Dell Technologies World” forumunda!
01 İyn, 2023

“AzInTelecom” MMC-nin nümayəndə heyəti ABŞ-yə işgüzar səfər edib
Şirkət rəsmiləri səfər çərçivəsində “Dell Technologies World” forumuna qatılıb.
Yüksək texnologiyalar sahəsinin öndəgedən şirkətlərini bir araya gətirən tədbir müasir bulud həlləri, kiber davamlılıq, innovativ trendlər və digər mövzuları əhatə edib. “AzInTelecom” nümayəndələri Dell, VMware, Microsoft və digər şirkət təmsilçiləri ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, hər il təşkil olunan beynəlxalq “Dell Technologies World” forumunda informasiya texnologiyaları sahəsi üzrə tanınmış şirkətlər, iş adamları və mütəxəssislər iştirak edir.