Son xəbərlər
- “AzInTelecom” MMC beynəlxalq “Dell Technologies World” forumunda! 01 İyn, 2023
- Bir milyondan çox mobil nömrə ilə şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib 25 May, 2023
- Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür 23 May, 2023
- SİMA ilə “PulPal” sistemində limitsiz köçürmə və ödənişlər edin 17 May, 2023
- SİMA ilə “banks.az” platformasında bank və BOKT-ların xidmətlərindən yararlanın! 15 May, 2023
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin rəhbər heyəti Ümummilli Liderin adını daşıyan, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş ediblər.
Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən zirvəyə yürüş mürəkkəb relyef və sərt iqlim şəraitində həyata keçirilib.
“AzInTelecom” MMC-nin İdarə heyətinin rəhbəri Elxan Əzizov və departament direktorlarından ibarət 9 nəfərlik heyət əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə təhlükəsizlik qaydaları çərçivəsində hərəkət edərək zirvəyə planda təyin edilmiş vaxtda çatıblar.
Zirvədə dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib. “AzInTelecom”un nümayəndə heyəti zirvədə Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıblar.