Son xəbərlər
- “SİMA İmza” və “PAŞA Bank”dan sahibkarlar üçün bir ilk! 07 Dek, 2023
- Elektron Məhkəmə Sisteminə “SİMA İmza” ilə daxil olmaq imkanı yaradılıb 05 Dek, 2023
- “AzInTelecom” mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı Qanuna edilən dəyişikliyin icrasına başlayır 04 Dek, 2023
- “AzInTelecom” “İnMerge Sammiti”ndə stendlə çıxış edəcək 29 Noy, 2023
- “SİMA İmza” ilə “PAŞA Bank”ın sahibkar kreditini ofisdən çıxmadan əldə et! 28 Noy, 2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətləri sahəsinin genişləndirilməsi məqsədilə Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən biri olan “Çekino Group” ilə əməkdaşlığa başlayıb.
Tərəflər arasında keçirilən görüşdə “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elxan Əzizov ilə “Çekino Group” şirkətinin baş direktoru Erol Yılmaz satış və əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, “Çekino Group” şirkətinə məxsus olan və “AzInTelecom” MMC-nin sistem əməliyyatlarının idarə edilməsində tətbiq edilən “Guardian” məhsulunun Azərbaycanda satışı və istifadəsini stimullaşdırmaq üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Şirkətin baş direktoru Erol Yılmaz bildirib ki, təhlükəsizlik və digər sahələr üzrə təklif etdikləri məhsul, xidmət və layihələr çərçivəsində müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. E.Yılmaz Azərbaycanda rəqəmsal transformasiya prinsipini mənimsəyən “AzInTelecom” MMC ilə əməkdaşlıq sayəsində yaxşı nəticələr əldə edəcəklərinə inandığını qeyd edib.
Qeyd edək ki, ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri informasiya təhlükəsizliyinin auditi, konsaltinqi və kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.