Son xəbərlər
- “AzInTelecom” MMC beynəlxalq “Dell Technologies World” forumunda! 01 İyn, 2023
- Bir milyondan çox mobil nömrə ilə şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib 25 May, 2023
- Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür 23 May, 2023
- SİMA ilə “PulPal” sistemində limitsiz köçürmə və ödənişlər edin 17 May, 2023
- SİMA ilə “banks.az” platformasında bank və BOKT-ların xidmətlərindən yararlanın! 15 May, 2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA-nın tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni nəsil rəqəmsal imza vasitəsilə təqdim etdiyi xidmətləri genişləndirməyə davam edir.
İndi vətəndaşlar “ABB mobile” tətbiqində yeni debet kart sifarişini SİMA yeni nəsil rəqəmsal imza ilə cəmi bir neçə saniyəyə həyata keçirəcəklər.
SİMA imza həlli ilə müqavilələrin imzalanması zamanı əlavə məlumatlar daxil etməyə ehtiyac qalmır. Bu zaman kart sifarişi daha da rahat və sürətli keçir. İstənilən debet kartını anında sifariş etmək mümkün olur.
Daha əvvəl həyata keçirilən inteqrasiya nəticəsində isə “ABB Mobile” istifadəçiləri şəxsi məlumatlarını SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə anında dəyişə bilirlər.
SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanını da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.