AzInTelecom elektromaqnit uzlaşma (EMC) istiqamətində akkreditasiya attestatı əldə edib
09 Yan, 2023

Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən keçirilən audit yoxlamalarına əsasən AzInTelecom AZAK-ın 2/SD 0677-22 UQQ AD saylı 27.12.2022 tarixli qərarı ilə mövcud akkreditasiya sahəsini elektromaqnit uzlaşma (EMC) istiqamətində genişləndirib.

Şirkət AZS İSO/İEC 17065:2021 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” standartına uyğun hesab olunub.

AzInTelecom-da telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması 3 istiqamətdə həyata keçirilir:

• Radiotezlik spektrindən istifadə;
• Elektrik/radioşüalandırma təhlükəsizliyi;
• Elektromaqnit uzlaşma.

Daha ətraflı: https://azintelecom.az/media/2023/01/Accreditation-Scope_AzInTelecom-LLC.pdf