Son xəbərlər
- “AzInTelecom” MMC beynəlxalq “Dell Technologies World” forumunda! 01 İyn, 2023
- Bir milyondan çox mobil nömrə ilə şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib 25 May, 2023
- Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür 23 May, 2023
- SİMA ilə “PulPal” sistemində limitsiz köçürmə və ödənişlər edin 17 May, 2023
- SİMA ilə “banks.az” platformasında bank və BOKT-ların xidmətlərindən yararlanın! 15 May, 2023
Azərbaycan Kredit Bürosu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin dövlət və özəl qurumlar üçüntəqdim etdiyi İnformasiya təhlükəsizliyi xidmətlərindən faydalanıb.
AKB-nin “findoc.az” platformasına xidmət çərçivəsində OSINT – açıq mənbə kəşfiyyatı və zəifliklərin yoxlanılması da daxil olmaqla, real kiberhücum ssenariləri ilə təhlükəsizlik simulyasiyası (penetration testing) təşkil olunub. “AzInTelecom” MMC-nin mütəxəssisləri müxtəlif təhlükəsizlik testləri həyata keçiriblər.
Kibertəhlükəsizlik xidməti çərçivəsində hazırlanmış hesabat Azərbaycan Kredit Bürosuna təqdim edilib.
Qeyd edək ki, “AzInTelecom” MMC-nin təklif etdiyi İnformasiya təhlükəsizliyi xidmətləri çərçivəsində dövlət qurumları və özəl müəssisələrə razılaşdırılmış qaydada kiberhücum həyata keçirilir, hədəf olan infrastruktur və sistemdən boşluqların istismar edilməsi imkanı yoxlanır. Aşkar edilmiş boşluqlar, onlara qarşı kiberhücumun növü və uğurlu olma ehtimalı, potensial risklər barədə müştəri məlumatlandırılır və tövsiyələr verilir.