Ədliyyə Nazirliyi elektron informasiya sistemlərini “AzInTelecom” MMC-nin yeni data mərkəzinə köçürür
16 Sen, 2022

Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya resurslarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş, “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmış data mərkəzinə köçürülməsi ilə əlaqədar texniki işlər davam etdirilir.

Həmin işlərin növbəti mərhələsi çərçivəsində 16 sentyabr (iş saatlarından sonra) və qeyri iş günləri olan 17 və 18 sentyabr tarixlərində “Elektron məhkəmə”, “Elektron icra” və “E-qanun” informasiya sistemlərinin fəaliyyətində müvəqqəti dayanmalar gözlənilir.

Sistemlərin digər dayanma tarixləri barədə əlavə məlumat veriləcək.