“Bulutistan” şirkətinin nümayəndə heyəti “AzInTelekom” MMC-ni ziyarət edib
13 Sen, 2022

Türkiyənin ən məşhur bulud xidmətlərini təqdim edən “Bulutistan” şirkətinin nümayəndə heyəti “AzInTelekom” MMC-ni ziyarət edib.

Sentyabrın 13-də baş tutan səfər zamanı şirkətin rəhbər və iş heyəti “AzInTelecom”a məxsus Data Mərkəzləri ilə tanış olublar.

Daha sonra “AzInTelecom” MMC-nin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Azərbaycanda və regionda bulud həllərinin inkişafı üzrə birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, bir müddət öncə “AzInTelecom” MMC-nin nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri zamanı “Bulutistan” şirkəti ilə memorandum imzalanıb.