“AzİnTelecom” MMC-nin HR komandası “Technest” layihəsinin tələbələri ilə görüşüb
18 Avq, 2022

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” layihəsi çərçivəsində təhsil alan tələbələrlə səhər yeməyi ətrafında görüş keçirilib.

Görüş zamanı rəqəmsal həllər üzrə müxtəlif istiqamətlərdə təhsil alan tələbələr “AzInTelecom”un təcrübə proqramı ilə yaxından maraqlandıqlarını bildiriblər.

Müzakirə prosesində “AzInTelecom” MMC-nin İnsan Kapitalının idarəolunması departamentinin əməkdaşı tərəfindən tələbələrin təcrübə proqram barədə sualları cavablandırılıb.

Görüş zamanı İnsan kapitalının idarəolunması üzrə mütəxəssislər tələbələrə CV hazırlanması, işə qəbul prosesi zamanı diqqət etməli olduqları məqamlar haqda tövsiyələr veriblər.