“AzInTelecom” rəsmiləri İstanbul şəhərində işgüzar görüşlərdə iştirak edib.
13 Avq, 2022

Türkiyənin ilk bankı olan "Türkiye İş Bankası"-ın TIER 4 ertifikatına malik data mərkəzini ziyarət zamanı qurumlar arasındakı mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub.

Həmçinin “AzInTelecom” rəsmiləri "NGN" şirkətinə məxsus "Star of Bosphorus" data mərkəzi ilə tanış olaraq orada tətbiq edilən texnologiyalar və infrastruktur haqda fikir mübadiləsi aparıblar.

Türkiyə Elmi və Texnoloji Araşdırmalar İnstitutunun (TÜBİTAK) rəsmiləri ilə görüş zamanı isə qonaqlara "açıq açar" texnologiyası əsasında həyata keçirilən elektron imza layihələri, infrastruktur (IaaS), platforma (PaaS) və informasiya təhlükəsizliyi xidmətləri təqdim olunub, işbirliyi imkanları müzakirə edilib.