“AzInTelecom” MMC Türkiyənin “Bulutistan” şirkəti ilə memorandum imzalayıb
11 Avq, 2022

“AzInTelecom” MMC Türkiyənin ən məşhur bulud xidmətlərini təqdim edən “Bulutistan” şirkəti ilə memorandum imzalayıb.

“Bulutistan” şirkəti ilə memoranduma əsasən, bulud həllərinin Azərbaycanda və regionda inkişafı üzrə birgə əməkdaşlıq fəaliyyəti nəzərdə tutulur.

Həmçinin “Bulutistan” şirkətinin də əməkdaşlıq etdiyi və ən böyük beynəlxalq data mərkəzi operatorlarından biri hesab olunan “Equinix” şirkətinin data mərkəzi ziyarət olunub.

Ziyarət zamanı “AzInTelecom” təmsilçiləri data mərkəzinin quruluşu üçün istifadə olunan texnologiyalar və proseslərlə tanış olaraq fikir mübadiləsi aparıblar.