Son xəbərlər
- “Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir! 25 Okt, 2024
- “SİMA İmza” beynəlxalq mükafata layiq görüldü 24 Okt, 2024
- Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb 18 Okt, 2024
- “UForex” hesabını “SİMA İmza” ilə aç! 17 Okt, 2024
- “AzInTelecom” “INMerge İnnovasiya Sammiti 2024”də iştirak edib 11 Okt, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu “AzInTelecom”un sədri Elxan Əzizov və “Keyfiyyət Assosiasiyası” İB-nin sədri Samir Novruzlu imzalayıb.
Memorandumun məqsədləri tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi, hər iki qurumun fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə layihələrin həyata keçirilməsi, o cümlədən “AzInTelecom”da keyfiyyət infrastrukturunun beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, mövcud idarəetmə sisteminin və bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və davamlı olaraq yaxşılaşdırılmasından ibarətdir. Eyni zamanda məqsədlərə şirkətin mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması üçün təlimlərin təşkili, birgə nəşrlərin hazırlanması, çapı, paylanması yolu ilə təbliğat işlərinin aparılması, tərəflər arasında mütəxəssis və ekspertlərin mübadiləsi, həmçinin müxtəlif format və təyinatlı tədbirlərin keçirilməsi daxildir.
Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərinə cavab verən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzi) sahibdir. Şirkətə məxsus AZCLOUD Data Mərkəzi dövlət və özəl sektora “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” kimi genişmiqyaslı və çoxşaxəli bulud xidmətlərini təqdim edir.
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi Azərbaycanda keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.
2007-ci ildə təsis olunan KAİB keyfiyyəti idarəetmə, qida təhlükəsizliyi, peşə sağlamlığı, təhlükəsizliyi və digər sahələr üzrə bir çox layihələrdə məsləhətçi kimi çıxış edib, həmçinin beynəlxalq standartları tətbiq etmək istəyən müəssisə və təşkilatlara dəstək verir.