Son xəbərlər
- Həssas əhali qrupunun SİMA rəqəmsal imza əldə etməsinə dəstək olan könüllülər mükafatlandırılıb 02 Fev, 2023
- “AzInTelecom” MMC Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsaltinq xidməti göstərib 31 Yan, 2023
- “Qala Sığorta” növbəti məhsulunu SİMA ilə daha əlçatan etdi 26 Yan, 2023
- 850 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 1230 IMEI koda “klon” statusu verilib 25 Yan, 2023
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb 17 Yan, 2023
Dünya Bankının maliyyə dəstəyi ilə Ədliyyə Nazirliyi və “AzInTelecom” MMC-nin əlaqəli fəaliyyəti nəticəsində Bakı şəhərində yeni yaradılmış məlumat mərkəzi “Uptime İnstitute” tərəfindən “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartları üzrə sertifikatlaşdırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-yə məxsus genişləndirilmiş “AZCLOUD” Əlçatanlıq Zonasında (Data Mərkəzi) yerləşən bu məlumat mərkəzində Ədliyyə Nazirliyinin bütün elektron informasiya resurslarının, o cümlədən “Elektron məhkəmə” sisteminin texniki-texnoloji infrastrukturunun dayanıqlı fəaliyyəti təmin ediləcək.
“Tier III” Beynəlxalq sertifikatına malik olan əlçatanlıq zonalarının bütün kritik infrastruktur sistemlərini xüsusi rejimdə rezervləməklə, hətta avadanlığa texniki baxış və ya təmir zamanı belə fasiləsiz fəaliyyət göstərməsi müasir rəqəmsal xidmətlərin dayanıqlılığının təmin edilməsinə imkan verəcək. Ən son avadanlıqlarla təchiz olunmuş Data Mərkəzinin infrastrukturu “Uptime İnstitute” tərəfindən keçirilmiş stress-testlərdə etibarlılıq və dayanıqlılıq meyarları əsasında 99.982% keyfiyyət səviyyəsi nümayiş etdirib. Bu göstəricilər isə il ərzində ümumi boşdayanma ehtimalı müddətinin 1.6 saatdan artıq olmaması deməkdir.
Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə tam zərərsiz məlumat mərkəzi qurmaq mümkün olub.
Sertifikatlaşdırmanın nəticəsi ilə keçid vasitəsilə tanış ola bilərsiniz.
Məlumat üçün bildirək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzinə) sahibdir.