Son xəbərlər
- IMEI.az informasiya sistemi Vahid Elektron Xidmətlər Portalına yönləndiriləcək 24 İyn, 2022
- “AzInTelecom” dövlət və özəl qurumlar üçün Kibertəhlükəsizlik xidməti göstərir 23 İyn, 2022
- Nazir Rəşad Nəbiyev Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonasının fəaliyyəti ilə tanış olub 16 İyn, 2022
- “AzInTelecom” informasiya təhlükəsizliyi ilə bağlı yeni xidmətlər təqdim edir 13 İyn, 2022
- “AzInTelecom”un 157 Çağrı Mərkəzi 7 günlük iş rejiminə keçib 06 İyn, 2022
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev növbəti vətəndaş qəbulu ilə əlaqədar səfəri çərçivəsində Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonasının (Data Mərkəzi) fəaliyyəti ilə tanış olub.
“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov nazir Rəşad Nəbiyevə məlumat verib ki, Əlçatanlıq Zonası “TIER III” beynəlxalq uyğunluq sertifikatına malikdir və konteyner tipli infrastruktur alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemləri ilə təchiz edilib.
Bildirilib ki, zonanın keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi dövlət və özəl qurumlara informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa, maliyyə xərclərinə böyük həcmdə qənaət etməyə imkan yaradır.
Əlavə edilib ki, Yevlax Əlçatanlıq Zonasında bulud xidmətləri ilə yanaşı, “DRaaS” (fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması) xidməti də göstəriləcək.