AzInTelecom MMC tərəfindən Azərbaycan bizneslərinə Oracle həlləri təqdim ediləcək

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən və Oracle PartnerNetwork (OPN) şəbəkəsinin üzvü olan AzInTelecom MMC bu gün Azərbaycanda orta və iri müəssisələrə Oracle Database, Oracle MySQL Enterprise Edition və Oracle Exadata proqramlarını təmin etmək üçün Oracle ilə əməkdaşlıq etdiyini elan edib.

Məlumat bazaları, infrastruktur və tətbiq bulud xidmətləri və yüksək məhsuldar informasiya sistemləri daxil olmaqla Oracle həlləri müəssisələrə məlumatların təhlilindən rəqəmsal modernləşdirməyə qədər əsas biznes problemlərini həll etməyə kömək edəcək. AzInTelecom MMC və Oracle birgə Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına kömək edəcək.

“Bu əlaqələrin növbəti fazası “Hökumət Buluduna” Keçid Planına uyğun olaraq, informasiya sistemlərini AzInTelecom MMC-yə məxsus “AZCLOUD” Data Mərkəzinə köçürən təşkilatlara yönələcək. Bu planın məqsədlərindən biri informasiya texnologiyaları xərclərini optimallaşdırmaqdır. AzInTelecom MMC ilə Oracle arasında əməkdaşlıq həmin təşkilatların daha optimal qiymətə Oracle həlləri əldə etməsinə şərait yaradacaq”, - deyə AzInTelecom MMC-nin Kommersiya departamentinin direktoru Ruslan Əliyev bildirib.

Eyni zamanda bu əməkdaşlıq Azərbaycanda məlumatların emalının yeni, lakin çox ehtiyac duyulan sahəsinin inkişafına, bu sahədə mütəxəssislərin hazırlanmasına, eləcə də genişmiqyaslı məlumatların emalı üzrə qabaqcıl təcrübələrin əldə edilməsinə şərait yaradacaq.

Oracle PartnerNetwork haqqında   

Oracle PartnerNetwork (OPN) Oracle-ın partnyor proqramıdır və tərəfdaşların bulud sisteminə keçidi sürətləndirməsi və üstün müştəri biznes nəticələrinin əldə edilməsinə şərait yaratmaq üçün dizayn edilmişdir. OPN proqramı partnyorlara bazara necə çıxdıqlarına uyğunlaşdırılmış trek(lər) vasitəsilə Oracle ilə əlaqə saxlamağa imkan verir: Oracle Cloud üzərində qurulmuş və ya inteqrasiya olunmuş məhsul və ya xidmətləri təmin edən tərəfdaşlar üçün Cloud Build; Oracle Cloud texnologiyasını yenidən satan tərəfdaşlar üçün  Cloud Sell; Oracle Сloud Xidmətlərini həyata keçirən, yerləşdirən və idarə edən tərəfdaşlar üçün Cloud Service; və Oracle proqram təminatı lisenziyaları və ya aparat məhsullarını yaradan, onlara xidmət göstərən və ya satan tərəfdaşlar üçün Lisenziya və Avadanlıq. Müştərilər məhsul qrupu və ya bulud xidmətində ixtisaslaşmış OPN tərəfdaşları ilə biznes məqsədlərini sürətləndirə bilərlər.

Daha çoxu üçün daxil olun: http://www.oracle.com/partnernetwork

### 

Oracle, Java və MySQL ticarət nişanları Oracle Korporasiyasının qeydə alınmış ticarət nişanlarıdır.