"AzInTelecom" MMC-nin dəstəyi ilə keçirilən "UFAZHackathon 2022" başa çatdı
28 Mar, 2022

Azərbaycan-Fransız Universitetinin təşəbbüsü ilə keçirilən #UFAZHackathon22 müsabiqəsinin təşkilinə AzInTelecom da dəstək göstərdi. Müsabiqədə təqdim olunan innovativ layihələrinin dəyərləndirilməsində AzInTelecom-un Rəqəmsal Həllər departamentinin şöbə müdiri Heydər Şükurov da iştirak edib. Qalib komandalara AZCLOUD bulud xidmətləri üzrə 1000, 600 və 300 AZN dəyərində hədiyyə vauçeri təqdim olunub. https://www.youtube.com/watch?v=Qy4NyQ0230w