Son xəbərlər
- ALİ TƏHSİL ALMADAN İT ÜZRƏ BEYNƏLXALQ SERTİFİKAT ALAN İKİ GƏNCİN HEKAYƏSİ 13 May, 2022
- “AzInTelecom” Müştəri Xidmətlərinin SİMA Token ilə bağlı imkanlarını genişləndirdi 18 Apr, 2022
- Bakı və Sumqayıt məktəbliləri üçün “AzInTelecom”da infotur təşkil olunub 14 Apr, 2022
- Yeni nəsil rəqəmsal imza olan SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu 12 Apr, 2022
- AzInTelecom-un layiq görüldüyü “WSIS Prizes-2021” beynəlxalq mükafatı təqdim edildi 08 Apr, 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin İdarə Heyətinə sədr təyin olunub. "AzInTelecom" MMC-nin İdarə Heyətinin sədri vəzifəsi Elxan Əzizova həvalə edilib.
O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət idarəçiliyi" ixtisası üzrə bakalavr, ABŞ-ın Corcia Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi MBA proqramı çərçivəsində "Biznesin idarəedilməsi" ixtisası üzrə magistr təhsili alıb, müxtəlif beynəlxalq kursları, eləcə də "Global Innovation Catalyst LLC" (GIC) və Stenford Universitetinin birgə təşkil etdiyi "Biznesin idarəedilməsi" kursunu uğurla bitirib.
E.Əzizov əmək fəaliyyətinə Nərimanov Rayon İcra Hakimiyyətində başlayıb, daha sonra “Edumedia – Azərbaycan” şirkətinin baş direktoru, nazirliyin Məlumat Hesablama Mərkəzinin (MHM) direktor müavini işləyib. Ötən il dekabrın 22-də MHM "AzInTelecom"a birləşdirilib və 2-ci yenidən təşkil edilib.