Azərbaycan telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə təltifetmə mərasimi baş tutdu
07 Dek, 2021

Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibəti ilə AzInTelecom-un direktoru vəzifəsini müvəqqəti icra edən Tağı Tağı-zadə şirkətin uzun illər bu sahədə çalışan əməkdaşları ilə görüşüb. Tağı Tağı-zadə telefon rabitəsinin yaradılmasının 140 illiyi, həmçinin rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçilərin peşə bayramı münasibətilə onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Göstərdiyi xidmətlərə görə fərqlənən əməkdaşlara görüş zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Fəxri Fərmanları təqdim edilib.