Son xəbərlər
- Həssas əhali qrupunun SİMA rəqəmsal imza əldə etməsinə dəstək olan könüllülər mükafatlandırılıb 02 Fev, 2023
- “AzInTelecom” MMC Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsaltinq xidməti göstərib 31 Yan, 2023
- “Qala Sığorta” növbəti məhsulunu SİMA ilə daha əlçatan etdi 26 Yan, 2023
- 850 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 1230 IMEI koda “klon” statusu verilib 25 Yan, 2023
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb 17 Yan, 2023
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC ADA Universiteti ilə birgə təcrübə proqramını bu il də davam etdirir.
Yay təcrübə proqramı və istehsalat təcrübəsi olaraq iki istiqamətdə aparılan proqramın məqsədi İT və biznes sahəsində savadlı və təcrübəli kadrlar yetişdirmək, tələbələrə iş prosesi ilə yaxından tanış olmaq, texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaqdır. Hazırda AzInTelecom MMC-də ADA Universitetinin müəyyən müsahibələrdən keçərək seçilmiş biznes və texnologiya yönümlü tələbələri istehsalat təcrübəsi və yay təcrübə proqramında iştirak edir.
Tələbələr “AzInTelecom” MMC-də peşəkarlarla birgə təcrübə keçərək iş bacarıqlarını təkmilləşdirir, bu da onların gələcək karyeralarında düzgün seçim etmələri üçün mühüm rol oynayır. Gələcəkdə tələbələrin biznes və texnologiyalarla yanaşı, digər sahələrdə də təcrübə keçməsi planlaşdırılır.
Qeyd edək ki, “AzInTelecom” MMC Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” uyğunluq sertifikatlarına malik ilk əlçatanlıq zonası olan texnologiya və telekommunikasiya şirkətidir.