Son xəbərlər
- Həssas əhali qrupunun SİMA rəqəmsal imza əldə etməsinə dəstək olan könüllülər mükafatlandırılıb 02 Fev, 2023
- “AzInTelecom” MMC Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsaltinq xidməti göstərib 31 Yan, 2023
- “Qala Sığorta” növbəti məhsulunu SİMA ilə daha əlçatan etdi 26 Yan, 2023
- 850 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 1230 IMEI koda “klon” statusu verilib 25 Yan, 2023
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb 17 Yan, 2023
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə yeni rəhbər təyin olunub. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə Tağı Tağı-zadə “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən təyin edilib.
Tağı Tağızadə daha öncə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Tağızadə Tağı Xalid oğlu 2 oktyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb. 2012-2013-cü illərdə ABŞ-ın Berkli Kaliforniya Universitetində Biznes hüququ üzrə magistr (LL.M.) dərəcəsinə yiyələnib. 15 sentyabr 2016-cı ildən 2018-ci ilə qədər “İnnovasiyalar Mərkəzi” MMC-nin direktor müavini, 2018-ci ildən etibarən direktoru işləyib.
Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.