Hackathon
“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar
22 Dek, 2020

    22 dekabr saat 11:00-da rəqəmsal platforma vasitəsilə keçirilən vebinar məlumatların qorunmasının vacibliyi, “AZCLOUD”un “Rezervlənmə” xidməti vasitəsilə məlumatların qorunması, rezervlənmə panelinin nümayişi və planlaşdırılan yeniliklər haqqında geniş məlumatı özündə cəmləşdirdi.

    “AZCLOUD” bulud xidmətlərinin mövcud və potensial müştəriləri ilə yanaşı, informasiya texnologiyaları sahəsi, bilavasitə bulud xidmətləri və rezervlənmə həlləri ilə maraqlanan fiziki və hüquqi şəxslər tədbirdə iştirak etdi.

    Onlayn tədbirdə spiker qismində “AzInTelecom” MMC-nin bulud texnologiyaları üzrə eksperti, “Veeam Software” şirkətinin bulud həlləri üzrə spesifik tələblərini yerinə yetirərək rəsmi sertifikat alan Fərrux Fərəcullayev çıxış etmişdi.

    “AzInTelecom” MMC rezervlənmə həllərində lider olan “Veeam Software” şirkəti ilə uzunmüddətli və məhsuldar əməkdaşlıq fəaliyyətindən sonra “Veeam”in Gümüş Tərəfdaşı statusunu əldə edib. “AZCLOUD”un təqdim etdiyi “Rezervlənmə” xidmətindən istifadə zamanı müştəri məlumatlarının və bulud infrastrukturunun daimi rezervlənməsi həyata keçirilir. Məlumat itkisi baş verdikdə “Rezervlənmə” xidməti vasitəsilə onun tez bir zamanda bərpası təmin edilir və müştəri üçün mühüm olan məlumatların qorunub saxlanılması asanlaşdırılır.

    Qeyd edək ki, “AzInTelecom” MMC AZCLOUD brendi altında İT, maliyyə, media, qida, turizm, təhsil, neft və qaz, nəqliyyat, kommunal və digər sahələrdəki qurumlara “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Videokonfrans” və “Virtual IP Telefoniya” xidmətləri göstərir.

    Qeydiyyat