Son xəbərlər
- “AzInTelecom” MMC Türkiyənin “Bulutistan” şirkəti ilə memorandum imzalayıb 11 Avq, 2022
- “AzInTelecom” MMC-nin rəsmiləri Türkiyədə işgüzar səfərdədir 10 Avq, 2022
- “AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir 10 Avq, 2022
- Elm və Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi 09 Avq, 2022
- SİMA-nın növbəti tərəfdaşı “Kredit Evi” QSC oldu 08 Avq, 2022
BMT-nin Baş katibi tərəfindən irəli sürülən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Fəaliyyət Kampaniyası müsabiqəsi 2018-ci ildən etibarən hər il təşkil edilir. Müsabiqə DİM-ə nail olunması üzrə fəaliyyətlərin stimullaşdırılmasına yönəldilərək, yerli hökumət, gənclər, vətəndaş cəmiyyəti, innovativ qeyri-hökumət təşkilatları və digər maraqlı tərəfləri cəlb edir.
2020-ci ildə müsabiqənin əsas məqsədi DİM-in icrasının sürətləndirilməsi üzrə təşəbbüslərin müəyyənləşdirilməsi və COVID-19 pandemiyası ilə mübarizədə qlobal həmrəylik ruhunda olan ideya və layihələrin dəstəklənməsini təşkil edir.
Müsabiqə çərçivəsində təqdim olunan təşəbbüslər aidiyyəti sahə üzrə təsir miqyası, çətinliklərin həlli və irəli sürülən yanaşma metodunun innovativlik dərəcəsi meyarları üzrə qiymətləndirilir.
Sözügedən təşəbbüsdə iştirak etmək üçün müsabiqə çərçivəsində müəyyən edilən meyarlar, müvafiq proseduralar barədə geniş məlumatları www.sdgactionawards.org internet səhifəsindən əldə etmək mümkündür.
Layihələrin son qəbul tarixi: 9 oktyabr 2020-ci il.